Liviyada müxalifət tərəfdarlarının hökumət qoşunları ilə toqquşmasında ölənlərin sayı 600 nəfərə çatıb. Yaralıların sayı isə minlərlə ölçülür.
APA-nın "Əl-Ərəbiyyə" telekanalına istinadən xəbərinə görə, bu barədə Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi açıqlama yayıb.
Bundan əvvəl Liviya müxalifətinin adının çəkilməsini istəməyən liderlərindən biri jurnalistlərə 560 nəfərin öldüyünü, 1400 nəfərin itkin düşdüyünü bildirib. "Human Rights Watch" beynəlxalq insan haqları təşkilatı isə fevralın 21-dək 560 nəfərin öldüyünü bəyan edib.