Oxucu sual verir: Möhürlər hansı torpaqdan düzəldilir?
Möhür əslində namaz qılanlar üçün rahatlıq məqsədi ilə hazırlanır. Yerə və yerdən çıxan, yeyilməyən və geyilməyən əşyalara səcdə etmək düzgün sayılır. Lakin əksər məkanların döşəməsi taxta, parket və s. ilə örtüldüyü və ya üstdən xalça-palaz ilə döşəndiyi üçün namaz qılan zaman torpaqdan istifadə etmək çətindir. Buna görə də təmiz torpaqla təmiz suyu qarışdırıb qurudur və möhür hazırlayırlar. Möhürlər hər cür pak torpaqdan hazırlana bilər. Əsasən, Kərbəla və Məşhəd kimi müqəddəs məkanların torpağından möhür düzəldirlər. Xüsusilə, İmam Hüseynin (ə) türbəti adlanan Kərbəla torpağından hazırlanmış möhürün üzərinə səcdə etməyin böyük savabı var. Bəzən möhürün üzərində hansı yerin torpağından hazırlandığı da yazılır.