Liviyanın paytaxtı Tripoli şəhərində hökumət kompleksinin binaları yandırılıb
bərinə görə, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb. "France-Presse" yanğınların fevralın 21-nə keçən gecə baş verdiyini, polis məntəqələrinin də zərər gördüyünü bildirib.
Hadisələr zamanı dövlət televiziyasının binası talan edilib. "Əl-Şababiyyə" radiosunun ofisi də hücuma məruz qalıb. Radionun fəaliyyəti bir müddət dayansa da, sonra bərpa edilib.