Pakistan Azərbaycanla müştərək şəkildə aviabombaların istehsalını həyata keçirəcək.
Bu barədə APA-ya "Global Industrial & Defence Solitions" (GIDS) şirkətlər qrupunun marketinq direktoru Məhəmməd Salman məlumat verib.
Azərbaycan tərəfi ilə bu layihə üzərində müzakirələr aparıldığını deyən şirkət rəsmisi istehsal olunan aviabombaların beynəlxalq standartlara cavab verdiyini vurğulayıb. Hazırda şirkətin istehsalı olan RPB tipli aviabombalar dünyanın müxtəlif ölkələrinə ixrac olunur.