İranın Məhşəhr şəhərində neft hasilatı zavodunun açılışında iştirak edən prezident Mahmud Əhmədinejad bildirib ki, ölkədə iqtisadiyyatın intensiv inkişafı nəticəsində bir milyon altı yüz minə qədər iş yeri yaradılıb və yaxın vaxtlarda onların sayının daha 200 min artacağı gözlənilir, - "RİA Novosti" xəbər verir.
Prezident xatırladıb ki, əgər keçmiş neft sahəsi xarici şirkətlərdən asılı idisə, indi bu sahə tam sərbəst şəkildə fəaliyyət göstərə bilir. Onun sözlərinə görə, artıq İranın Dünya Bankının kreditlərinə ehtiyacı yoxdur.
"Düşmənlərimiz güman edirdilər ki, biz xarici yardım olmadan keçinə bilməyəcəyik və bizim sənayemiz iflasa uğrayacaq. Onların ümidləri gerçəkləşmədi və onlar bir daha yanıldıqlarını anladılar", - deyə Mahmud Əhmədinejad qeyd edib.