Bəhreyn Səhiyyə naziri ölkədə nümayişlər zamanı yaranmış qarşıdurmalarda 231 insanın yaralandığını deyib.(dunyabulteni) Səhiyyə naziri Faysal Bin Yaqub Əl-Hamər polisin nümayişlərə müdaxiləsi nəticəsində 195 insanın xəsarət aldığını və onlara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanadan çıxdıqlarını bildirib.
Yaralanan daha 36 nəfərin vəziyyəti digərlərinə nisbərən ağır olduğundan onların hələ də xəstəxanada müalicə olunduğu qeyd edilib. Səhiyyə naziri, həmçinin yaralananların arasında vəziyyəti ağır olanların da olduğunu deyib. Ümumilikdə açıqlanan rəsmi rəqəmlərdə bu gün İnci meydanında keçirilən nümayişlər zamanı toqquşmalarda 3 nəfərin həlak olduğu bildirilir.