İsrail Türkiyənin Ankara və İstanbul şəhərlərindəki səfirlik və konsulluğunun fəaliyyətini dayandırıb
APA-nın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, konsulluğun əməkdaşı bildirib ki, diplomatik nümayəndəliklər ötən həftənin cümə günündən – fevralın 11-dən fəaliyyətini dayandırıb və nə zaman fəaliyyətini bərpa edəcəyi bilinmir.
İsrailin "Haaretz" qəzeti isə İsrail Xarici İşlər Nazirliyi tərəfindən belə bir addımın atılmasını "Hizbullah" tərəfindən ciddi hücumların gözlənilməsi ilə izah edib. Nazirlik Misir, Türkiyə, Azərbaycan, Gürcüstan, Fil Dişi Sahili, Mali, Mavritaniya və Venesueladakı diplomatik nümayəndəliklərin təhlükəsizliyinin gücləndirildiyini açıqlayıb. Lakin hansı ölkələrdəki səfirliklərin müvəqqəti olaraq bağlandığı barədə məlumat verilməyib.