İranın rabitə və informasiya texnologiyaları naziri Rza Təqipur Azərbaycana gəlib.
Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri məlumat verib.
O bildirib ki, nazir İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycan prezidenti İlham Əliyevə bu il İranda keçiriləcək Novruz şənliklərinə rəsmi dəvət məktubunu gətirib.
R.Təqipur səfər çərçivəsində Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla da görüşəcək və bir sıra məsələlərlə bağlı müzakirələr aparacaq.