Cənubi Sudan hökuməti bildirib ki, ötən həftə üsyançılarla toqquşmalarda 200 nəfər həlak olub
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, qurbanların əksəriyyəti mülki şəxslər, qadınlar, uşaqlar və kahinlərdir. Onların çoxu çayı keçməyə cəhd edərkən suda boğularaq ölüb.
Hakim Xalq Azadlıq Ordusu atəşkəsin pozulmasına görə Cənub Sudandan olan keçmiş general George Atorun tabeliyində olan yaraqlıları ittiham edir.
Keçən ay keçirilmiş referendumda Cənubu Sudanın sakinləri Xartum paytaxt olmaqla Sudan dövlətindən ayrılmağa səs veriblər.