Oxucu sual verir: Namaz qılan şəxsin üstündə nəcasətə bulaşmış nə isə olsa, namaz düzgündür ya batil?
Namaz qılan şəxsin bədəni və libası tamamilə pak olmalıdır. Əgər bədənində və libasında zərrə qədər nəcasət olsa, qıldığı namaz batil sayılar. Yalnız yaradan gələn az miqdarda qan istisna olunur. Əgər insanın bədənində ya libasında üst-üstə baş barmağın dırnağının sahəsi və ya şəhadət barmağının bir bükümünün sahəsi qədər qan olsa, bu, namaza maneçilik törətməz. Amma nəzərə almaq lazımdır ki, bu, yalnız yara qanına şamildir. Heyz, nifas, istihazə qanı bura aid deyil. Başqa nəcasət növlərinin iynə ucu qədər miqdarı da namazı batil edər.
Libas sayılmayan bədən örtüklərinin (corab, araqçın, əlcək kimi) nəcasətə bulaşması da namazı pozmaz. Eləcə də, əgər namaz qılan şəxsin cibində və ya üzərində nəcasətə bulaşmış hər hansı əşya olsa, qıldığı namaz düzgün sayılır.