İranın Qum, İsfahan, Şiraz Tehran və digər şəhərlərində tələbələr və adi vətəndaşlar Mehdi Kərrubi, Mirhüseyn Musəvi və Məhəmməd Xatəminin cəzalandırılması tələbi ilə aksiyalar keçiriblər
APA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları "Fitnəkarlar məlum olduğu halda dövlət niyə susur?" "Ölüm olsun fitnəkara", "Ölüm olsun Musəviyə", "Ölüm olsun Kərrubiyə", "Ölüm olsun Xatəmiyə", "Ölüm olsun İsrailə" və "Fitnəkar edam olunmalıdır" kimi şüarlar səsləndiriblər.