Bəhreyndə 2 nümayişçinin öldürülməsində günahlandırılan polis işçiləri həbs edilib
APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, bunu ölkənin daxili işlər naziri şeyx Rəşid bin Adulla əl-Kalifa açıqlayıb. O, əhalidən üzr istəyərək baş verənlərin təhqiqatının aparılacağını deyib. Nazir dəfələrlə tabeliyindəki şəxsləri ifrat güc tətbiqindən çəkinməyə çağırdığını söyləyib.
Xatırladaq ki, Bəhreyndə fevralın 14-də keçirilən kütləvi aksiyada bir nəfər iştirakçı öldürülüb. Ertəsi gün keçirilən mətəm mərasimində daha bir şəxs polislə toqquşma zamanı həlak olub.