Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə fevralın 12-də İranın Berlindəki səfirliyi qarşısında daha bir etiraz aksiyası keçirilib.
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları İranın Azərbaycanın daxili işlərinə qarışmasını, İran KİV-lərinin Azərbaycana və onun dövlətçiliyinə qarşı yönəlmiş əsassız bəyanatlarını pisləyiblər.
İndiyə qədər İranın İsveçdəki və Belçikadakı səfirlikləri qarşısında da buna oxşar etiraz aksiyaları keçirilib. Fevralın 19-da Niderlandın Haaqa şəhərində, İranın bu ölkədəki diplomatik nümayəndəliyi qarşısında daha bir etiraz aksiyası keçirmək nəzərdə tutulur.