Ərəb Dövlətləri Liqasının baş katibi istefa verir
Misirli olan Musanı bir çox analitiklər Misirin gələcək prezidenti kimi görürlər.
ƏDL baş katibi "Misirdəki tarixi dəyişikliklərə görə xalqı və ordunu" alqışlayıb. O vətəndaşları "milli konsensusa əsaslanan sağlam sistemin qurulması istiqamətində hərəkət etməyə" çağırıb.
Musa həmçinin "Misir və misirlilərin demokratiyaya doğru hərəkət etdiklərinə" əmin olduğunu bildirib.