Oxucu sual verir: Elxani hökmdarlarından kim ilk dəfə İslam dinini qəbul edib müsəlman olmuşdur?
Əsası Hülaku xan tərəfindən qoyulmuş Elxanilər sülaləsi uzun müddət Yaxın Şərqdə, o cümlədən, Azərbaycan ərazisində hakimiyyətdə olmuşdur. Hülaku xan və ondan sonrakı bir neçə Elxani hökmdarı bütpərəst dinində idilər. XIII-XIV əsrlərin qovşağında Qazan xan (1295-1304) öz ordusu və saray əyanları ilə birlikdə İslam dinini qəbul edərək, özünə Mahmud adını götürdü. Onun apardığı uğurlu daxili və xarici siyasət, o cümlədən, inzibati və aqrar islahatlar Elxanilər dövlətini xeyli inkişaf etdirdi. Qazan xandan sonrakı Elxani hökmdarlarının hamısı müsəlman olmuşdur. Qazan xanın qardaşı Sultan Məhəmməd Ölcaytu (1304-1316) isə şiə məzhəbini qəbul etmişdi.