Misir prezidenti Hüsnü Mübarək istefa verib. APA-nın məlumatına görə, bu barədə vitse-prezident Ömər Süleyman bildirib. Ö. Süleyman H. Mübarəkin hakimiyyəti orduya təhvil verdiyini açıqlayıb.
Bu xəbər Qahirənin Təhrir meydanına toplaşan müxalifətçilər tərəfindən böyük sevinclə qarşılanıb. Müxalifətin lideri Məhəmməd əl-Baradey Misirin azadlığa qovuşduğunu bildirib.
H. Mübarəkin istefa verməsi barədə xəbər bütün ölkə boyu coşqu ilə qarşılanıb