Misir prezidenti Hüsnü Mübarək hakimiyyəti orduya təhvil verə bilər. Bu barədə məlumatı yerli media yayıb
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, öz növbəsində Misir dövlət televiziyası bildirib ki, Misir silahlı qüvvələri Ali Şurası ölkədəki vəziyyət və qaydada-qanunu qorumağa yönəlmiş tədbirlərə həsr olunmuş iclas keçirir.
Eyni zamanda, Misirin rəsmi mənbələri prezidentin kütləvi aksiyaların təzyiqi altında istefa verə biləcəyini təsdiqləmirlər. Mübarəkin ehtimal olunan istefası ilə bağlı xəbərlər müxalifətin cümə gününə təyin olunmuş geniş kütləvi aksiyası ərəfəsində yayılıb.