Yaxın vaxtlarda İran prezidenti Mahmud Əhmədinejad Ermənistana səfər edəcək.
APA-nın "Armenia today" portalına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə İranın Ermənistandakı səfiri Seyid Əli Saqayan deyib. O bildirib ki, M. Əhmədinejadın səfərindən sonra Ermənistan prezidenti Serj Sarkisyan da İrana gedəcək və Tehranda Novruz şənliklərinə qatılacaq.
İki ölkə parlamentlərinin sədrlərinin də qarşılıqlı səfərləri nəzərdə tutulub.