Pakistan Nazirlər Kabinetinin üzvləri istefa veriblər. APA-nın "France Presse" agentliyinə istinadən verdiyi məlumata görə, nazirlər hökumətin fevralın 9-da keçirilən iclasında istefa ərizələrini baş nazir Yusuf Gilaniyə təqdim ediblər. Prezident istefaları qəbul etdikdən sonra Y. Gilani 4 gün ərzində yeni hökuməti formalaşdıracaq.
Müxalifətin tələbinə uyğun olaraq nazir vəzifələrinin sayının azaldılacağı və büdcə vəsaitlərinə qənaət ediləcəyi gözlənilir.