POPULYARXƏBƏRLƏR

Misirdən 163 Azərbaycan vətəndaşı çıxarılıb

Azərbaycan Respublikası prezidenti İlham Əliyevin göstərişi əsasında Misirdə müvəqqəti və daimi əsasda yaşayan azərbaycanlıların təxliyəsi təşkil olunub və göstərişin icrası məqsədilə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyində operativ qərargah və qaynar xətt xidməti təşkil olunub, qısa müddət ərzində və operativ şəkildə vətəndaşların toplanması və onların hava limanına çatdırılması həyata keçirilib. Bu barədə APA Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.



30 yanvar tarixində "Azərbaycan Hava Yolları" dövlət şirkətinə məxsus təyyarə ilə xüsusi çarter reysi vasitəsilə 23 nəfəri azyaşlı uşaq olmaqla, 103 nəfər azərbaycanlı, o cümlədən N.Qocayevin cənazəsi operativ qaydada və təhlükəsiz şəraitdə vətənə çatdırılıb.

Misirdə siyasi böhranın və qeyri-sabit vəziyyətin davam etməsinə baxmayaraq, Azərbaycan Respublikasının Misirdəki səfirliyi fəaliyyətini və Misirdə qalan Azərbaycan vətəndaşlarının təxliyəsini davam etdirib. Bir çox vətəndaşların səfirlikdə qeydiyyata düşməməsi vətəndaşların toplanması üçün müəyyən çətinliklər yaratsa da, səfirlik mümkün olan bütün vasitələrdən istifadə edərək qeydiyyatda olmayan vətəndaşlarla belə əlaqələrin qurulmasını təmin edib.

30 yanvar tarixində xüsusi reyslə həyata keçirilmiş təxliyə əməliyyatından sonra, 31 yanvar-3 fevral tarixlərində daha 60 nəfər Azərbaycan vətəndaşı Misirdən çıxarılıb, Türkiyənin Qahirədəki səfirliyinin dəstəyi ilə "Türk hava yolları" reysi ilə İstanbul istiqamətinə yola salınıblar. Az sayda olan digər qrup isə Moskva şəhərinə göndərilib. İstanbul və Moskva şəhərlərində isə "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarələrlə vətəndaşlarımız heç bir xərc tələb olunmadan vətənə çatdırılıblar.

Ümumiyyətlə, bu müddət ərzində təxliyə olunan şəxslər arasında Azərbaycan vətəndaşları ilə bərabər, milliyyətcə azərbaycanlı və yaxud qarışıq ailələrin nümayəndələri, amma Rusiya və digər ölkələrin vətəndaşları olan şəxslər də olublar.

Misirdəki qeyri-sabit və təhlükəli vəziyyətə baxmayaraq, Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyi məhdud rejimdə olsa da fəaliyyətini davam etdirir və müəyyən səbəblərə görə hələ də bu ölkədə qalan vətəndaşlara yardım göstərməkdə davam edir.



Yerləşdirilib:6 Fevral, 2011  18:41, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com