Qahirə polisi Misir prezidenti Hüsni Mübarəkin tərəfdarları ilə birlikdə paytaxtda fəaliyyət göstərən foto və telejurnalistləri təqib etməyə başlayıb.
APA-nın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Təhrir meydanında çəkiliş aparan jurnalistlərə qarşı hücumlar başlayıb.
Bildirilir ki, Yunanıstandan olan 3 jurnalist döyülərək video-kameraları əllərindən alınıb.
Bundan bir qədər əvvəl İspaniyanın TV E1 telekanalının jurnalisti hücuma məruz qalmışdır.
Ehtimal var ki, jurnalistlərin təqib olunması barədə Misir hökuməti göstəriş verib.
Eyni zamanda, Mübarəkin əleyhdarları jurnalistləri müdafiə etməyə çalışırlar.
İspaniya Xarici İşlər Nazirliyi Misir hökumətinin xarici jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırıb.