Misir prezidenti Hüsnü Mübarəkin ölkədən qaçdığı və Bəhreyn ölkəsindən sığınacaq aldığı ehtimal olunur. Britaniyanın "Guardian" qəzeti bildirir ki, bu məlumata böyük ehtiyatla yanaşılmalıdır, - "Gazeta" xəbər verir.
İngiltərənin "Channel 4" kanalının Misirdəki müxbiri bildirir ki, ABŞ səfiri Əl-Bəradeyi ilə görüşüb. Mübarəkin ölkədən qaçması barədə xəbərlər yayılır. Lakin bu təsdiqlənmir. Mənbələr eyni zamanda bildirir ki, nümayişçilər Qahirə küçələrində Mübarəkin ölkədən qaçmasını bayram edir.