Qahirənin mərkəzindəki Təhrir meydanında prezident Hüsnü Mübarəkin tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalarda bir neçə nəfər həlak olub.
APA-nın məlumatına görə, bu barədə xəbər yayan Misirin "Masravi" internet-portalı toqquşmalar zamanı onlarla yaralının olduğunu bildirir. Xatırladaq ki, bu gün prezident Hüsnü Mübarəkin minlərlə tərəfdarı Təhrir meydanına toplaşaraq rejim əleyhdarlarını daşa basıblar. Daha sonra toqquşmaların miqyası genişlənib. Misir kütləvi informasiya vasitələri kütləvi aksiyaların davam etdiyini bildirir.