POPULYARXƏBƏRLƏR

Ziyafət Əsgərov: "Axı nə qədər bəzi səfirliklər Azərbaycanda agentura rolunu oynayacaq?"

Azərbaycan Milli Məclisinin 2011-ci il yaz sessiyasının bu gün keçirilən ilk iclasında millət vəkilləri müxtəlif təkliflərlə çıxış ediblər

APA-nın məlumatına görə, deputat Fazil Mustafa çıxışında spiker Oqtay Əsədovdan hüquq müdafiəçisi Novella Cəfəroğlunun 70 yaşı münasibəti ilə prezident təqaüdü alması və yaxud hansısa dövlət mükafatı ilə təltif olunması üçün dövlət rəhbərliyi qarşısında məsələ qaldırmağı xahiş edib.
Millət vəkili Azay Quliyev isə İranın Azərbaycanın daxili işlərinə qarışmasını sərt tənqid edib. O eyni zamanda Təbrizdən Ermənistana neft kəmərinin çəkilməsini, Ermənistanın bu ölkə tərəfindən dəstəklənməsinin işğalçı dövlətə açıq dəstək və havadarlıq olduğunu bəyan edib.
Millət vəkili Siyavuş Novruzov isə ATƏT-in seçkilərlə bağlı hesabatını, həmçinin müxalifət partiyaları və bir sıra QHT-lərin yaratdığı İctimai Palatanın fəaliyyətini tənqid edib: "İctimai Palata deyilən qurumlar bəzi yerlərdə təmizlik işləri ilə məşğul olur, bələdiyyələrə yardım edirlər. Amma siyasi fəaliyyətlə məşğul olmurlar". S. Novruzov Fazil Mustafanın hüquq müdafiəçisinin təltif olunması barədə təklifinə münasibət bildirib: "Fikirlərimi konkret adınızı çəkdiyiniz adama şamil etmirəm. ona şamil etmirəm. Amma bu hüquq müdafiəçilərinin fəaliyyətinin nəticəsidir ki, ölkəmiz haqqında belə fikirlər yaranır. Onlar hansısa bir müəllimi və ya həkimin hüquqlarını müdafiə ediblərmi?"
Spiker Oqtay Əsədov isə deyib ki, AŞ PA-da Azərbaycandan daha çox iştirak edən siyasi partiya və QHT yoxdur: "Ora gedənlərin də bir nəfərindən müsbət fikir eşitmirsən. Biz bunu görmüşük. Gərək belə məsələlərə diqqət yetirək".
Deputat Vahid Əhmədov 20 il əvvəl Azərbaycanın müstəqilliyinə səs verən insanların xatırlanmasını, onların hüquqlarının müdafiəsi ilə bağlı ayrıca tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Deputat Zahid Oruc və Fəzail Ağamalı çıxışlarında İranın Azərbaycanın daxili işlərinə qarışmasını tənqid ediblər. Z. Oruc Azərbaycan vətəndaşlarını İrana səfər etməməyə çağırıb. F. Ağamalı isə qeyd edib ki, İrandakı mövcud molla rejimi Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür: "Narkotiklərin Azərbaycana ötürülməsindən, müxtəlif proqramların pozuculuq siyasətindən tutmuş Ermənistanı dəstəklənməsinə qədər bu düşmənçilik siyasəti yeridilir. Mən təklif edirəm ki, Azərbaycan tərəfi beynəlxalq təşkilatlar qarşısında İrandakı azərbaycanlıların hüquqlarının müdafiəsi məsələsini qaldırsın. İranın Qum və digər şəhərlərində oxuyub gəlmiş azərbaycanlıların fəaliyyəti araşdırılsın".
Vitse-spiker Ziyafət Əsgərov isə siyasi məhbuslarla bağlı məsələnin müzakirəsindən danışıb. Vitse-spiker deyib ki, Avropanın heç bir hüquqi sənədində, Cinayət Məcəlləsində siyasi məhbus anlayışı yoxdur: "Araşdırmalar zamanı məlum olur ki bu məsələni beynəlxalq təşkilatların sənədlərinə də qəsdən salmırlar. Bununla başqa ölkələrin daxili işlərinə qarışmaq istəyirlər. Bu qədər insanın daxili işinə qarşı qarışmaq olmaz. Biz deyirik yoxdur, siz deyirsiniz var. Ortada bir hakim olmalıdır…"
Z. Əsgərov Avropa Şurasında Yaxın Şərqdə xristianların öldürülməsinə dair müzakirələri də tənqid edib: "Azərbaycanda bir milyon müsəlman ev-eşiyindən didərgin düşüb. Ay Avropa, niyə bu məsələni qaldırmırsınız? Bu, mağara mədəniyyətidir. Yaxın Şərqdə qırılan insandır, Əfqanıstanda qırılan insan deyil? Nə qədər gizlətmək olar? Axı nə qədər bəzi səfirliklər burada agentura rolunu oynayacaq?"
Millət vəkili İqbal Ağazadə isə deyib ki, Misir xalqının qarşı çıxdığı, diktator Hüsnü Mübarəkin Bakıda heykəli var: "Buna rəğmən uzun illərdir yer ayrılmasına baxmayaraq, hələ də Bakıda Məmməd Əmin Rəsulzadənin abidəsi ucaldılmayıb". Deputat Tarif Şurasının ötən gün bəzi xidmətlər üzrə tarifləri artırmasının düzgün addım olmadığını və bunun ölkədə əhalinin sosial vəziyyətini daha da pisləşdirəcəyini vurğulayıb.
Millət vəkili Məlahət İbrahimqızı isə O. Əsədovdan millət vəkilləri adından İran parlamentinə etiraz məktub göndərilməsini xahiş edib.



Yerləşdirilib:2 Fevral, 2011  18:55, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com