Oxucu sual verir: Hənut nə deməkdir?
Hənut (və ya hünut) cənazəyə qüsl verdikdən sonra kəfənə bükərkən yerinə yetirilən müstəhəb əməldir. Bu zaman mərhumun səcdə üzvlərinin üzərinə kafurla (kamfora ilə) isladılmış pambıq qoyulur. Kafur təzə və ətirli olmalıdır. Meyitin alnına, burnuna, ovuclarına, dizlərinə və ayaqlarının baş barmaqlarına hənut qoyulur. Hənut cəfəri məzhəbində vacib sayılır. Əhli-sünnə məzhəblərinə görə, kəfənləmə zamanı kafurdan və sair ətirli maddələrdən istifadə etmək müstəhəbdir.