Misir prezidenti Hüsnü Mübarəkin yaxın vaxtda televiziya ilə çıxış edərək növbəti prezident seçkilərində iştirak etməyəcəyini bildirəcəyi gözlənilir.
Lakin o prezident müddəti başa çatana kimi Misirə başçılıq etmək fikrindədir.
APA-nın Al-Arabiya telekanalına istinadən verdiyi xəbərə görə, Misirdə prezident Hüsnü Mübarəkin istefası tələbi ilə nümayişlər davam edir.