En-Nahda lideri Rəşid Qannuşi bu gün Tunisə gəlir, hərəkat isə həbsxanalarda tutulan bütün dindar məhbusların dərhal buraxılmasını tələb edir.
En-Nahda hərəkatın lideri Rəşid Qannuşi bu gün Bakı vaxtilə saat 14.30-da Tunisə gələcək. Bu sözləri partiyanın mətbuat katibi Hammadi Cibali Türkiyənin "dunyabulteni" saytına müsahibəsi zamanı deyib. Cibali hava limanında Qannuşinin qarşılanma mərasiminin keçiriləcəyini, lakin küçələrdə və meydanlarda hər hansısa bir tədbiri planlaşdırmadıqlarını bildirib.
Hammadi Cibali həbsxanalarda hələ də siyasi məhbusların olduğuna diqqət çəkərək deyib ki, bu məhbuslar dərhal azad olunmalıdır. "Həbsdə qalan siyasi dustaqların əksəriyyətinin həbs olunma səbəbi internet vasitəsilə yazdıqları mesajlardır. Təhlükəsizlik qüvvələri onları izləyərək həbs edib. Biz həmin şəxslərin qeyri-şərtsiz və dərhal azad olunmasını tələb edirik", deyə Cibali deyib.
İndiki hökumət qanuni deyil, amma 6-7 ay səbr etməyə dəyər. "Biz indiki hökumətə qatılmağı düşünmürük, bundan sonra da düşünməyəcəyik" deyən Cibali, həmçinin həbsdə olan dindarların da azad olunmasını tələb etdiklərini deyir