Misiri tərk etmək istəyən bütün Azərbaycan vətəndaşlarına lazım köməklik göstəriləcək. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov məlumat verib.
Onun sözlərinə görə, prezident İlham Əliyev Azərbaycan vətəndaşlarını ölkəyə gətirmək üçün Misirə təyyarə göndərilməsi barədə müvafiq göstəriş verib: "Misir tərk etmək istəyən Azərbaycan vətəndaşları təyyarələr vasitəsilə ölkəyə gətiriləcək. Bunun üçün Misirə lazımi sayda təyyarə göndəriləcək".
Bunun üçün Misirdə yaşayan Azərbaycan vətəndaşları Qahirədəki səfirliyimizdə yaradılmış "Qaynar xətt"ə müraciət etməlidirlər. Onlara hər cür köməklik göstəriləcək.
"Qaynar xətt"ləin telefon nömrələri isə bunlardır: