Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan öz sarayında, pəncərənin qabağında can verirdi.
Sarayın qabağından axan çayın sahilində bir paltaryuyan muzdla camaatın paltarlarını yuya-yuya zümzümə edirdi. Əbdülməlik paltaryuyanın qayğısız halını görüb həsədlə deyir: "Kaş, mən xəlifə yox, paltaryuyan olaydım".
Xəlifənin sözlərini o dövrün məşhur ariflərindən olan İbn Hazimə çatdırırlar. İbn Hazim söyləyir: "Allaha həmd olsun ki, biz (rəiyyət) öləndə onların (xəlifələrin) yerində olmağı arzu etmirik, onlar isə öləndə bizim yerimizdə olmağı istəyirlər".