Tunisin baş naziri Məhəmməd Qannuşi parlament və prezident seçkilərindən sonra istefaya getməyə söz verib. Qannuşi bildirib ki, hakimiyyət seçkiləri mümkün qədər tez keçirməyə çalışır.
O həmçinin prezidentliyə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.
Tunisdə yeni prezident seçkilərinin vaxtı hələlik elan edilməyib.