POPULYARXƏBƏRLƏR

HÜZÜNÜN 21-ci İLDÖNÜMÜNƏ... 20 yanvar

İnsan həyatı başdan-başa bir müəmmadır desəm…

Harada doğular, harada yaşayar, harada ölər? Bəlli olmaz ki...

Qəribliyə yolçuluğun astanasında anama sual etmişdim: "Demək ki, mənim qəbrim qürbətdə olacaqmış?". Anam isə cavabında: "Sən qəbrinin harada olacağını dərd etmə, ruhunun harada, hansı məkanda olacağının dərdini et" dəmişdi…

İndi Vətənimə qəriblikdən baxıram. Doğulduğum, uşaqlığımın, gəncliyimin geçdiyi Vətənimdən cismən ayrı olsam da, biz heç qopmadıq ki bir-birimizdən…Onun hər dərdi dərdim, hər acısı acımdır.

20 yanvardır bu gün…Milli matəm günümüz. Vətənimin, Vətəndə olanın, olmayanın, özünü Vətəndən bir parça sayan mənim kimi minlərcə qəribin, soydaşın, dindaşın, vətəndaşın, bir sözlə-özünü bu Vətənin daşı-çınqılı hesab ədən hər kəsin hüzn günüdür.

20 yanvrardır bu gün…Hüznün gətirdiyi oyanış, dirəniş, azadəlik günüdür.

21 il öncə…Yaxşı xatırlayıram, 1-ci sinif şagirdiydim. Təqvimdə 19 yanvar, soyuq qış axşamı. Ailəcə televizorun qarşısındaydıq. Anidən televizorda bütün kanalarda yayın dayandı. Atam təlaşla yerindən qalxaraq, həyəcanlı bir səslə: "Teleqüllə getdi" dedi. "Teleqüllə"nin getməsi Bakının ciddi zərbə alması demək idi. Hər halda bu nəticəyə mən gəlmişdim - atamın o andakı davranışından. Televizorumuz susmuşdu, radiomuzu işə saldı atam. O axşam "Azadlıq" radiosundakı Mirzə Xəzərin də səsində bir başqa coşqu vardı. Bəli, o gəcə Bakının "Şanlı Qızıl ordu" tərəfindən qızıl qana boyanmasını Mirzə Xəzərdən duyduq. İnanılması zor olan gerçəkləri duyduq…

Bir neçə il keçmişdi… Əyalətdən Bakıya gəlmişdik. Atam məni Şəhidlər xiyabanına ziyarətə götürmüşdü. Bir-birinin ardınca düzülən şəhid qəbirləri başımı döndürmüşdü. Axı mənim əlimdə cəmi iki qərənfil vardı… Hansı şəhidin məzarına qonaq olacaqdı mənim qərənfillərim?! Biz Şəhidlikdən ziyarətimizi edib döndük, amma qərənfillərim orada qaldı - gənc şair Ülvünün məzarının müsafiri olaraq…

Sonra Bakıda keçən tələbəlik illərim… Artıq mənim üçün bir vətəndaş borcu, bir insanlıq görəviydi hər ildönümündə Şəhidliyi ziyarət etmək…

21 il keçir… Bu illər ərzində mənim kimi minlərcə insan ziyarət etdi Şəhidliyi, minlərcə qərənfil al rəngiylə qəbirləri qan rənginə boyadı… Amma edəcəyimiz iş bir tək bumu? O məzarlıqda uyuyan şəhidlərimizin etdiklərinin müqabilində bizim etdiklərimiz heç olaraq qalmaqdadır. Hesab sora bildikmi? Acımızı ala bildikmi? Bunlar bir yana, bu şəhidlərin canları, qanları bahasına qazanılan azadəliyə sahib çıxa bildikmi? Bu oyanış dərsindən başımız tərs döndü dəyəsən, köksümüzdən Qarabağımızı yarıb çıxarmalarını müsadə etdik. Dəfələrcə vurulduq, zərbətləndik, yaralandıq, itirdik…

Harda oldu yanlışımız? Nədə oldu yanlışımız? Bu sualları beynimizdə canlandırırıb cavabını tapdığımızda, məhz o zaman "Gözə göz, dişə-diş, qana-qan" deməyin zamanının çoxdan gəldiyini fərq etmiş olacağıq…

İtirdiklərimizi geri almaq ümidiylə…

Qarabağlı bir Azərbaycan həsrətiylə…

Aygün Güney



Yerləşdirilib:21 Yanvar, 2011  13:16, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com