Bin Əlinin ölkəni tərk etməsindən sonra Tunisdə qurulan müvəqqəti hökumət ilk yığıncağını keçirtdi, - "dunyabulteni" xəbər verir. İclasa bu həftənin əvvəlində yeni hökumətdə əvvəlki hökumətdən nazirlərin iştirak etməsinə etiraz edərək istefa verən 5 nazir xaricində bütün kabinet üzvləri iştirak edib. Nəzərinizə çatdıraq ki, nazirlər Bin Əlinin Konstitusiya Demokratik Partiyasına (RDC) üzv olan nazirlərin müvəqqəti hökumətdə iştirak etməsinə etiraz olaraq yeni hökumətdən istefa veriblər
Ölkənin müvəqqəti prezidenti Fuad Mebazza və Baş naziri Məhəmməd Qannuşi bazar ertəsi günü "RDC"- dən istefa verdiklərini bildirmişdilər.
Yığıncaqda hökumətə 60 ay içərisində "azad və demokratik" seçkilər keçirtmək üçün bütün imkanlardan istifadə etmək tapşırılıb. Yığıncağın gündəmindəki bir başqa mövzu isə, dövlətin "RDC"dən tamamilə ayrılması və siyasi məhbuslar üçün amnistiya elan edilməsi olub.
Yeni kabinetdəki 8 "RDC" üzvü də "RDC" dən istefa verdiklərini bildiriblər.