Heç bir əsas olmadan və qeyri-qanuni olaraq həbs olunduğunu bildirən Elçin Manafov, onun avtobusda gedərkən saxlanılığını FaktXeber.com-a bildirib
Azərbaycanda hicab qadağası ilə başlayan və AİP sədri başda olmaqla ruhanilərin həbsi ilə davam edən dindarlara qarşı təzyiqlər davam edir.
FaktXeber.com-un verdiyi məlumata görə, AİP sədrinin birinci müavini Elçin Manafovun barəsində Yasamal rayon Məhkəməsinin təyin etdiyi 10 sutkalıq həbs müddəti bitdikdən sonra, o, Binəqədi rayonunda yerləşən Müvəqqəti Saxmala Təcridxanasından sərbəst buraxılıb. Məlumat redaksiyamıza daxil olduqdan sonra, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun birinci müavini Elçin Manafovla əlaqə saxladıq və ondan necə həbs olunması barədə münasibət öyrəndik.
Heç bir əsas olmadan və qeyri-qanuni olaraq həbs olunduğunu bildirən Elçin Manafov, onun avtobusda gedərkən saxlanılığını bildirdi. "Bazar günü idi və mən Sumqayıta gedirdim. Birdən avtobusun qarşısı kəsildi, içəriyə mülkü geyimdə olan şəxslər daxil oldu. Avtobusdan enməyimi tələb etdilər və mən də düşdüm. Çox mənasız və gülünc şəkildə məni həbs edib, Yasamal rayon 26 saylı polis bölməsinə gətirdilər"-deyə Elçin Manafov bildirib.
Tutulan dindar və ruhanilərin əksəriyyətinin polisə müqavimət adı ilə həbs olunduğunu bildirən Elçin bəy, özünün də bu adla saxlanıldığını və üzünə bir polis əməkdaşının dayandığını söylədi. "Məni də elə polisə tabe olmamaq adı ilə həbs ediblər. Məhkəmədə bir polis üzümə durdu ki, guya mən ona şəxsiyyət vəsiqəmi verməkdən imtina etmişəm. Buna görə də mənə 10 sutka həbs verdilər"-deyə AİP sədrinin birinci müavini əlavə edib.