İstanbulun Çırağan sarayında İranın nüvə silahı ilə bağlı müzakirələr planı çərçivəsində BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya təmsilçiləri texniki səviyyədə müzakirələrə başlayıblar
APA-nın Türkiyə müxbirinin məlumatına görə, müzakirələrdə İran heyətinə Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə aparılan danışıqlarda İranın baş müzakirəçisi Səid Cəlili rəhbərlik edir. Avropa Birliyini isə qurumun təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Ketrin Eşton təmsil edir.
Müzakirələr qapalı aparılır. Müzakirələrin gedişi barədə sabah Ketrin Eşton və Səid Cəlilinin mətbuata açıqlama verəcəkləri gözlənilir.