Oxucu sual verir: Kəbin kəsilən zaman kimlər iştirak etməlidir?
Kəbin kəsilərkən əsas şərtlərdən biri iki tərəfin – yəni evlənən oğlanla qızın razılığının olmasıdır. Kəbində onlar özləri də iştirak edib razılıqlarını bildirə bilərlər. Ya da onlardan bir ya hər ikisi öz tərəfindən vəkil təyin edə bilər ki, onun adından kəbində iştirak etsin. Vəkil onun razılığını kəbin kəsən şəxsə çatdırır, kəbin şərtləri (mehriyyə və s.) barədə onun adından danışır. Adətən, qızla oğlanın yaxın qohumları (ata, əmi və ya dayı) vəkil kimi kəbinə gəlirlər. Əlbəttə, qızla oğlan kəbin kəsən şəxsi də özlərinə vəkil edə bilərlər. Bu halda kəbində kiminsə iştirak etməsi lazım olmaz. Əhli-sünnə məzhəbinə görə, kəbin kəsilərkən oğlan və qız tərəfin hərəsindən bir nəfər şahidin olması lazımdır.