Dişi canavar erkəyin arxasında gizlənib. Nəzərləri sakitdir, yoldaşına tam arxayındır. Səbəb isə yalnız onun güclü olması deyil. Bu heyvan sürüsündə erkək heç vaxt dişi canavara hücum etmir. Onlar bunu bilirlər. Elə bu səbəbdən də elə mövqe tutub ki, erkəyin boğazını ona olacaq mümkün hücumdan qorusun. Guya gizlənib, amma əslində yanındakını düşünür.
Belə. Kaş bəzi insanlar bu canavarlardan ibrət götürərdi. Məsələn, qadınla becə münasibət qurmaq lazımdır, ona əl qaldırmaq olarmı və s.
