Oxucu sual verir: Müsəlmanın qeyri dinlərin ibadət yerlərinə (kilsə, sinaqoq) getməsi icazəlidirmi?
Özü-özlüyündə kilsəyə getməyin eybi yoxdur. Lakin yaddan çıxarmayaq ki, müsəlmanların ibadət yeri məcsiddir və onların digər dinlərin ibadət yerlərinə gedib və məscidi boş qoymaqları düzgün deyil. Bundan başqa müsəlman şəxsin digər dinlərin ibadət yerlərinə gedib-gəlməsi gərək kilsəyə (sinaqoqa) meylin artmasına səbəb olmasın və yaxud müsəlmanın oraya getməklə etiqadının sarsılması təhlükəsi yaranmasın.