Tunisin devrilmiş prezidenti Zaynalabidin Bin Əlinin Səudiyyə Ərəbistanın Ciddə şəhərinə qaçmasından sonra barəsində müxtəlif iddialar səsləndirilməkdədir, - "Anadolu" agentliyi xəbər verir. Keçmiş prezident haqqında yayılmış məlumatlarda deyilir ki, Bin Əlinin xarici banklardakı hesablarında 1.5 milyard dollar pulu var.
Həmçinin yayılmış məlumatlarda Zeynalabidin Bin Əlinin ölkədən qaçmamışdan əvvəl ölkə banklarında olan pullarını xarici hesablara köçürtdüyü bildirilir. Bin Əlinin həm xaricdə, həm də ölkədə milyardlarla dollar dəyərində daşınmaz əmlakının olması heç kimdə şübhə doğurmur.
"Vikiliks"in bu yaxınlarda yaydığı məlumatlarda deyilirdi ki, Bin Əlinin həyat yoldaşı da ölkədə bir neçə böyük ticarət mərkəzlərinin sahibidir. Bundan başqa, onun həyat yoldaşına məxsus bir radio, bir hava limanı və bir avtomobil şirkəti var.