İran prezidenti Mahmud Əhmədinejad ölkəsinin nüvə enerjisi əldə etmək səylərini inkişaf etdirəcəklərini bildirib, - "Anadolu" agentliyi xəbər verir. Əhmədinejad daxili və xarici ölkələrdəki görüşlərdə nüvə enerjisi sahəsindəki fəaliyyətlərini davam etdirəcəyini deyib.
O, İranın nüvə enerjisi proqramına istiqamətli xaricdən gələn təzyiqlərə baxmayaraq, nüvə enerjisi sahəsində daha da irəliləyişlərin əldə olunduğunu bildirib. Əhmədinejad ölkəsinə nüvə enerjisi məsələlərində təzyiq edən ölkələrə xitabən bunları deyib: "İstədikləri qədər təzyiq etsinlər, bizim üçün heç bir əhəmiyyəti yoxdur".