Türkiyə-Suriya sərhədinin Qaziantep bölgəsində yerləşən Karkamış antik şəhərinin minalardan təmizlənmiş ərazisi bu gün yerli hakimiyyətə təhvil verilib.
ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanov məlumat verib.
A.Aslanovun sözlərinə görə, artıq ərazidə ANAMA-nın mütəxəssisləri tərəfindən aparılan xarici keyfiyyət yoxlamaları başa çatdırılıb. Yaxın günlərdə ərazinin təmiz olması barədə sertifikat yerli hakimiyyətə təqdim olunacaq.
Karkamışda 2010-cu ilin fevral ayından başlamış əməliyyatlar nəticəsində müqavilədə göstəriləndən (663 800 kv.m) çox – 720 568 kv.m sahə təmizlənib. Ərazidən 806 ədəd "Türk" tipli tank əleyhinə mina, 278 ədəd Amerika istehsalı olan M14 (topuq qoparan) və 73 ədəd M2A1 tipli piyada əleyhinə mina tapılaraq zərərsizləşdirilib.
Qeyd edək ki, "Nokta Yatırım və İnşaat" şirkəti-ANAMA konsorsiumu ərazinin minalardan təmizlənməsi ilə bağlı keçirilən tenderi 2010-cu ilin əvvəlində udub. Karkamış tarixi əhəmiyyətli yer olduğundan minatəmizləmə əsasən əllə aparılıb. Əraziyə minalar 1957-ci ildə basdırılıb, minalama işləri sonralar dəfələrlə təkrarlanıb.