Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin və Belarusun Azərbaycandakı Nikolay Patskeviçi onların xahişi ilə qəbul edib.
Bu barədə APA-ya QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Səmimi şəraitdə keçən qəbullarda ölkələr üçün önəm kəsb edən mənəvi əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.