Tunisdə milli birlik hökumətinin tərkibi müəyyənləşib
Bakı – APA. Tunisdə milli birlik hökumətinin tərkibi müəyyənləşib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, daxili və xarici işlər nazirləri öz vəzifələrini saxlayıblar. Müxalifətdəki Demokratik Demokratik İnkişaf Partiyasının qurucusu Nəcib Şebbi regional inkişaf naziri olacaq. Digər müxalifət liderləri Əhməd İbrahim və Mustafa bin Cəfər də vəzifə alıblar.