Tunisdə qadağan olunan İslam partiyası "An-Nahda"-nın lideri Rəşid Qannuşi ölkəyə qayıtmaq niyyətindədir.
APA-nın İTAR-TASS agentliyinə istinadən
verdiyi xəbərə görə, bu barədə Londonda yaşayan Rəşid Qannuşi telefonla fransız jurnalistlərə deyib, lakin geri qayıtma tarixinin dəqiq vaxtını bildirməyib.
O Tunisin milli birlik hökumətinin formalaşmasında iştirak etmək niyyətində olduğunu bildirib.
Rəşid Qannuşi Tunisin Baş naziri Məhəmməd Qannuşi ilə eyni familiyanı daşıyısada nazir ilə qohumluğu yoxdur.