POPULYARXƏBƏRLƏR

Azərbaycan Respublikasının Nazirlər Kabineti: Məktəblərdə geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur

Ümumtəhsil məktəbində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

Nazirlər Kabineti "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi" təsdiq edib. Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sənəddə qeyd olunur ki, Nümunəvi Nizamnamə hər bir ümumtəhsil məktəbi üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur. ("Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI)

Dövlət ümumtəhsil məktəbinin yaradılması, yenidən təşkili və ləğvi "Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" qərar ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Mülkiyyət formasına görə dövlət ümumtəhsil məktəbləri ilə yanaşı, bələdiyyə və özəl ümumtəhsil məktəbləri də təşkil edilə bilər. Dövlət ümumtəhsil məktəblərində təhsil pulsuzdur.

Ümumtəhsil məktəbində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir. Ümumtəhsil məktəblərində təhsilalanların geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur. Ümumtəhsil məktəbinin təsisçisinin məsuliyyəti, səlahiyyət dairəsi, təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

Ümumtəhsil məktəbinin təsisçisi ümumtəhsil məktəbinin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, onun yaradılması ilə bağlı olan öhdəliklər üzrə məsuliyyət daşıyır. Ümumtəhsil məktəbi öz öhdəlikləri üçün ona mənsub olan bütün əmlakla cavabdehdir. Qanunvericilikdə və ya ümumtəhsil məktəbinin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, ümumtəhsil məktəbinin təsisçisi (iştirakçısı) ümumtəhsil məktəbinin öhdəlikləri üçün, ümumtəhsil məktəbi isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Ümumtəhsil məktəblərində tədris dili dövlət dili - Azərbaycan dilidir.

Vətəndaşların və təsisçilərin istəyindən asılı olaraq, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası fənləri tədris olunmaq şərtilə ümumtəhsil məktəblərində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Ümumtəhsil məktəblərinin maliyyə ili yanvarın 1-dən başlayıb dekabrın 31-də başa çatır.

Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol verilir. Şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunur. Hər il sentyabrda 5 yaşı tamam olan əqli və fiziki cəhətdən normal inkişaf etmiş uşaqların məktəb təliminə psixoloji cəhətdən hazır olmalarını təmin etmək, habelə azsaylı xalqların uşaqlarının tədris dili ilə bağlı çətinliklərini aradan qaldırmaq məqsədi ilə ümumtəhsil məktəblərində müəyyən olunmuş qaydalara əsasən məktəbdə hazırlıq sinifləri açıla bilər. Ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş uşaqlar qəbul edilirlər. Bununla belə, həmin müddətdə 6 yaşı tamam olmayan, lakin xüsusi istedadı ilə fərqlənən uşaqlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada I sinfə qəbul oluna bilərlər.

Ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir. Zəruri hallarda ümumtəhsil müəssisələrində mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflər şagirdlərin sayı 20 nəfərdən az olmaqla müəyyən edilə bilər. Ümumtəhsil məktəbinə kütləvi şagird qəbulu məktəbdə yaradılmış komissiyalar vasitəsilə I və X siniflər üzrə aparılır. Ümumtəhsil məktəbinin I sinfinə qəbul üçün uşağın doğum haqqında şəhadətnaməsinin surəti və sağlamlığının vəziyyəti barədə müəyyən edilmiş nümunədə arayış təqdim olunur. Ümumtəhsil məktəbinin X sinfinə qəbul üçün əsas sənəd ümumi orta təhsil haqqında şəhadətnamə hesab edilir. Tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) təşkil olunur.

Dərs məşğələsinin müddəti hazırlıq siniflərində 35, digər siniflərdə 45 dəqiqə müəyyən edilir. Ümumtəhsil məktəbində təhsilverənlərin və təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının keçirilməsi qaydaları səlahiyyətləri üzrə Nazirlər Kabineti və Təhsil Nazirliyi tərəfindən müəyyən edilir. İbtidai təhsil səviyyəsində tədris proqramlarının yerinə yetirilməməsinə görə şagirdlərin təkrar sinifdə saxlanmasına yol verilmir. Həmin şagirdlər psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə digər tədris proqramları ilə təhsilə cəlb olunurlar. İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanması üçün yeganə əsas uzunmüddətli xəstəlik, yaxud məktəbdən yayınma hesab edilir.



Yerləşdirilib:14 Yanvar, 2011  19:26, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com