POPULYARXƏBƏRLƏR

Mövsüm Səmədovun həyat yoldaşı: "Dəyanətə işgəncə verilib"

Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə və saxlama) maddəsi ilə ittiham olunan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun əmisi oğlu Dəyanət Səmədov ittihamı qəbul edib. "Media forum"a açıqlamasında Mövsüm Səmədovun həyat yoldaşı Mehparə Səmədova deyib. O, yanvarın 13-də və bu gün vəkil Anar Qasımovla görüşdüyünü, məlumatları vəkildən aldığını bildirib.

Mehparə Səmədovanın sözlərinə görə, hazırda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanan Dəyanət Səmədova işgəncə verilib: "Onu döyüblər. Qoca əmisini, mənim qayınatam Mərdan Səmədovu qorumaq üçün ittihamı qəbul edib. Ona deyiblər ki, sən bu ittihamı qəbul eləməsən, qoca əmini bura gətirib silah-sursatı onun boynuna qoyacağıq".

Rəsmi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları şübhəli şəxs qismində saxlanılmış Mövsüm Səmədovun əmisi oğlu, Quba rayon sakini Dəyanət Səmədovun evinə və işlədiyi mağazaya baxış keçirərkən döyüş sursatı olan əl qumbaraları və avtomat patronları aşkar edib. Respublika Prokurorluğu faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə istintaq aparır. /Musavat.com/

Qeyd edək ki, mövzu ilə əlaqədar AİP sədrinin vəkili Anar Qasımovla əlaqə saxlanılıb və o da FaktXeber.com-a verdiyi münasibətdə məlumatı təsliqləyərək bildirdi ki, Dəyanət Səmədovdan işgəncələr altında ifadə alınıb və təqsirləndirilən şəxs odlu silah tapmasını etiraf edib. "Düzdür ki, Dəyanatdan müxtəlif vasitələrlə yazılı etiraf alınıb. Lakin bu etiraf onun odlu silahı tapmasına aiddir. Hər-halda bu etirafın Mövsüm Səmədovun işinə heç bir adiyyatı yoxdur"-deyə vəkil Anar Qasımov əlavə edib.




AİP sədrinin evində axtarış sona çatdı
2011-01-13 18:26

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun evində yanvarın 13-ü saat 15 radələrindən başlayan axtarış sona çatıb.

"Media forum" saytı xəbər verir ki, iki saat çəkən axtarış zamanı evdən kompüter prosessoru, CD-lər, Aşura mərasimindən videokaset və bir neçə kitab götürülüb.

Hadisə yerində olan mətbuat işçilərinə açıqlamasında partiya sədrinin oğlu Zeynalabdin Səmədov axtarışın sonunda protokol tərtib olunduğunu deyib: "Orada qeyd olunmuşdu ki, saxlanılan Dəyanət Səmədovun dükanında tapılanlara oxşar şübhəli əşyalar, silah, narkotik maddə evdə aşkarlanmayıb".

Axtarış bitdikdən sonra Respublika Prokurorluğunun baş müstəntiqi Vüqar Nəsibov jurnalistlərə açıqlama verməyib.

Müstəntiqlə bərabər evdə olan hal şahidləri çəkiliş aparan "Yeni Müsavat" qəzetinin əməkdaşı Samir Kazımlıya fiziki güc tətbiq ediblər. /"Media forum"/




Yerləşdirilib:14 Yanvar, 2011  19:24, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com