Oxucu sual verir: Zina edən şəxsin gəzdiyi yer, əl vurduğu şeylər murdar olurmu?
Zina haram əməllərdəndir, haram yolla boynuna qüsl düşən şəxsin təri isə nəcis deyil. Lakin buna baxmayaraq, alimlərin bəzilərinin nəzərinə görə, haram yolla cünub olan şəxsin təri əgər kiminsə bədəninə və ya namaz qıldığı paltara dəysə, həmin paltar və bədənlə namaz qılmamalıdır, təmizlənməlidir (paltarın və bədənin tər dəyən hissəsi yuyulmalıdır). Qeyd edək ki, yalnız kafirin bədəninin hər yeri, hətta tükü, dırnağı və təri nəcisdir.