ABŞ vitse-prezidenti Cozef Bayden öncədən planlaşdırılmadan İraqa gəlib. Burada o, yerli hakimiyyət nümayədələri ilə Amerika hərbçilərinin bu ölkədəki gələcəyi barədə müzakirələr aparmaq niyyətindədir, - "1nyus" xəbər verir.
Bu gün Co Baydenin İraq rəhbərliyi ilə görüşəcəyi və burada Amerikanın işğalçı qüvvələrinin İraqda qalıb qalmayacağını müzakirə edəcəyi gözlənilir. Məlumata görə, ABŞ vitse-prezidenti İraq rəhbərliyini Amerika qüvvələrinin hələ 2011-ci ilin sonlarına qədər bu ölkədə qalmağa inandırmaq istəyir.
Bundan öncə İraqın baş naziri Nuri əl-Maliki bildirib ki, ölkənin yerli təhlükəsizlik qüvvələri ölkədə təhlükəsizliyi tam bərqərar etməkdə bir qədər çətinliklərlə qarşılaşsa da, hər halda onlar Amerika qüvvələrinin bu ölkədən çıxarılmasını istəyir. İraqın yüksək hərbi rəhbərliyi isə bəyan edib ki, ABŞ-ın işğalçı hərbçilərinin bu ölkədən çıxarılmasından sonra ölkədə terror halları xeyli azalıb.