Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan İslam dünyasında liderliyə can atmır. Belə bir açıqlamanı Baş nazirin özü Küveytdən Qətərə yollanarkən təyyarədə jurnalistlərə verib, - "salamnyus" xəbər verir.
"Röyters" agentliyi tərəfindən bu yaxınlarda Ərdoğanın İslam dünyasında liderliyə can atması ilə bağlı yayılmış məlumata münasibət bildirən Türkiyə Baş naziri bildirib ki, onun heç bir zaman belə bir niyyəti olmayıb.
"Biz seçkilər yolu ilə bizə etimad edən və hakimiyyətə gətirən xalqa xidmət edirik", - deyə Ərdoğan bildirib. Ardından Baş nazir vurğulayıb ki, İslam ölkələri iqtisadi aspektdə bir-birilərinə dəstək verə bilərlər, siyasi cəhətdən isə onlar sülh və anlaşmada yaşayırlar. "Misal üçün Küveyt və Qətər bizə onlarda çox olan neftdən verə bilərlər", - deyə Ərdoğan gülümsəyərək, qeyd edib.