Oxucu sual verir: Bir kişi öz yaxın qadın qohumları ilə əl verilib görüşə, qucaqlaşıb öpüşə bilərmi?
İslam şəriətinə görə qadın və kişilər bir-birinə məhrəm və naməhrəm olmaq şərti ilə iki hissəyə bölünür. Məhrəm qohumların ədəb-ərkan çərçivəsində bir-biri ilə əl verib-görüşməsi, qucaqlaşıb öpüşməsi icazəlidir. Məsələn, kişi öz bibisi, xalası, qaynanası, süd anası, süd bacısı ilə bu cür ünsiyyət qura bilər. Eləcə də, qadın öz əmisi, dayısı, qaynatası, süd atası və süd qardaşı ilə mehribanlıqla görüşə bilər. Qadın öz məhrəm qohumlarının yanında hicabsız da gəzə bilər. Amma naməhrəm qohumların arasında hər hansı məhrəmanə ünsiyyət, toxunmaq və öpüşmək qadağandır. Məsələn, kişi öz bibisi və xalası ilə öpüşüb-görüşə bilər, amma bibisinin və xalasının qızı ilə yox. Eləcə də, öz qaynanası ilə əl verib görüşə bilər, amma baldızı ilə yox.