Əfqanıstanın paytaxtı Kabilin qərbində partlayıcı ilə yüklənmiş motosikletin partlaması nəticəsində 4 nəfər həlak olub, - "Anadolu" agentliyi xəbər verir.
Əfqanıstanın Daxili işlər nazirinin sözçüsü bildirib ki, təhlükəsizlik qüvvələrinin hədəf olduğu hücumda 8 nəfər də yaralanıb. Qurbanların çoxunun sadə vətəndaşlar olduğunu söyləyən sözcü ölən və yaralananların artacağından narahatçılığını bildirib.